AVRO 2020-də rekord: 19,3 milyon bilet müraciəti

"AVRO 2020" üçün bilet satışının ilkin mərhələsində rekord qeydə alınıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumuna 19 milyon 300 min müraciət olunub.  Buna qədər rekord "AVRO 2016"da olmuşdu. Çempionatın başlamasından əvvəl bilet üçün 11 milyon müraciət qeydə alınmışdı.

Xatırladaq ki, "AVRO 2020"nin final mərhələsi gələn il 12 iyun - 12 iyul aralığında 12 şəhərdə - London, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Bilbao, Qlazqo, Amsterdam və Sankt-Peterburqda keçiriləcək.