AVRO-2020-nin rəsmi himninin müəllifi

UEFA niderlandlı musiqiçi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qarriks 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o "Formula-1" üzrə Yaponiya Qran-prisində də çıxış edib.

"Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", - deyə 23 yaşlı müğənni "Twitter"dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Hər iki musiqiçi mahnını yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda ifa olunacaq.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - London, Münhen, Bakı, Sankt-Peterburq, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.