AVRO-2020-nin rəsmi topu

2020-ci il Avropa çempionatının rəsmi topunun təqdimat mərasimi olub.

Sportline.az xəbər verir ki, mötəbər yarışda istifadə olunacaq top “Uniforia” adlanır və əsas rəngi ağdır. Amma topun üzərində müxtəlif rəngli çalarlar da var.
 
Qeyd edək ki, Avro-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 görüşünə ev sahibliyi edəcək.