AVRO 2020-nin səbətləri
AÇ-2020-nin seçmə mərhələsinə yekun vurulub. Final mərhələsinə vəsiqə qazanan 20 komandanın adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, yığmaların püşkatma zamanı hansı səbətdə yer alacaqları da məlumdur.
Noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək tədbirə 20 milli və Millətlər Liqasının pley-off mərhələsinin 4 qalibi qatılacaq. Pley-offdan gələcək komandalar 4-cü səbətdə yer alacaq.
Meydan sahibi olan iştirakçıların qrupları bilinir. Bu, bəzi rəqiblərin müəyyənləşməsinə də səbəb olub. Rusiya ilə Danimarkanın B qrupunda yer alacağı dəqiqdir.
AÇ-2020
Səbətlər
1-ci səbət
Belçika (B qrupu)
İtaliya (A qrupu)
İngiltərə (D qrupu)
Almaniya (F qrupu)
İspaniya (E qrupu)
Ukrayna (C qrupu)
2-ci səbət
Fransa
Polşa
İsveçrə
Xorvatiya
Hollandiya (C qrupu)
Rusiya (B qrupu)
3-cü səbət
Portuqaliya
Türkiyə
Danimarka (B qrupu)
Avstriya
İsveç
Çexiya
4-cü səbət
Uels
Finlandiya
A yolunda pley-offun qalibi
B yolunda pley-offun qalibi (E qrupu)
C yolunda pley-offun qalibi (D qrupu)
D yolunda pley-offun qalibi