AVRO-2020: Seçmə mərhələnin 4-cü turu

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start veriləcək.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə 5 qrupda 12 görüş keçiriləcək.

Ötən tur Serbiyanı darmadağın etmiş 5:0 hesabı ilə darmadağın etmiş Ukrayna yığması bu dəfə B qrupunda gözlənilməz nəticələrə imza atan Lüksemburqu qəbul edəcək. Bu komandalar 3 turdan ilk 2 pillədə qərarlaşıblar.

Daha 2 qrupda eyni durumda olan yığmaların qarşılaşmaları oynanılacaq. F qrupunda İspaniya İsveçi, G qrupunda Polşa İsraili qəbul edəcək. A qrupunda isə bu gün UEFA Millətlər Liqasında 3-cü yeri tutmuş İngiltərə istirahət edəcək. Əvəzində Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edəcək.

UEFA Millətlər Liqası, IV tur 
10 iyun

A qrupu
22:45. Çexiya - Monteneqro - 3:0

Qol: Yakub Yankto, 18. Boris Kopitoviç, 49 (öz qapısına). Patrik Şik, 82


22:45. Bolqarıstan - Kosovo - 2:3

Qollar: İvelin Popov, 43. Kristian Dimitrov, 55 - Milot Raşitsa, 14. Vedat Muriqi, 64. Elbasan Raşani, 90+3

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 3 (2), Kosovo – 2 (2), Bolqarıstan – 2 (3), Monteneqro - 2 (3).

B qrupu
22:45. Ukrayna - Lüksemburq - 1:0

Qol: Roman Yaremçuk, 6


22:45. Serbiya - Litva - 4:1

Qollar: Aleksandar Mitroviç, 20; 34. Luka Yoviç, 35. Adem Lyayiç, 90+2 - Arvidas Novikovas, 71 (penalti ilə)

Xal durumu: Ukrayna – 7 (3 oyuna), Lüksemburq – 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (2), Serbiya – 1 (2).

 

D qrupu
22:45. İrlandiya - Cəbəllütariq - 2:0

Qollar: Roy Çipolina, 29 (öz qapısına). Robbi Bredi, 90+3


22:45. Danimarka - Gürcüstan - 5:1

Qollar: Kasper Dolberq, 14; 63. Kristian Eriksen, 30 (penalti ilə). Yussuf Poulsen, 73. Martin Braytveyt, 90+3 - Saba Lobjanidze, 25 

Xal durumu: İrlandiya – 7 (3 oyuna), İsveçrə - 4 (2), , Gürcüstan – 3 (3), Danimarka – 2 (2), Cəbəllütariq – 0 (2).

F qrupu
22:45. İspaniya - İsveç - 3:0

Qollar: Serxio Ramos, 64 (penalti ilə). Alvaro Morata, 85 (penalti ilə). Mikel Oyarsabal, 87 


22:45. Malta - Rumıniya - 0:4

Qollar: George Puşkaş, 7; 29. Aleksandru Kipçu, 34. Dennis Man, 90+1

Qırmızı vərəqə: Aleksandru Kipçu, 81 (Rumıniya)


22:45. Farer adaları - Norveç - 0:2

Qollar: Byorn Yonsen, 49; 84

 

Xal durumu: İspaniya – 9, İsveç – 7, Rumıniya – 4, Malta - 3, Norveç - 2, Farer adaları - 0.

G qrupu
22:45. Polşa - İsrail - 4:0

Qollar: Kşiştof Pyontek, 35. Robert Levandovski, 56 (penalti ilə). Kamil Qrositski, 59. Damian Kondzyor, 84


22:45. Latviya - Sloveniya - 0:5

Qollar: Domen Çrniqoy, 24; 27. Yosip İliçiç, 29 (penalti ilə); 44. Mixa Zayts, 47


22:45. Makedoniya - Avstriya - 1:4

Qollar: Martin Hinteregger, 18 (öz qapısına) - Valentino Lazaro, 39. Marko Arnautoviç, 62 (penalti ilə); 82. Konrad Laymer, 86

Xal durumu: Polşa - 9, İsrail - 7, Makedoniya - 4, Avstriya - 3, Sloveniya - 2, Latviya - 0.