Avro-2020: Təsnifat mərhələsinin səbətləri müəyyənləşdi
2020-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin səbətləri açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, iştirakçı komandalar 7 səbətə bölünüb:
Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail.
4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldaviya, Cəbəli-Tariq, Farer adaları
6-cı səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də İralndiyanın paytaxtı Dublində təşkil olunacaq. Təsnifat mərhələsinin oyunları gələn il mart-noyabr aylarında keçiriləcək.