AVRO-2020: Təsnifat oyunlarına yekun vuruldu

AVRO-2020-yə seçmə mərhələ vasitəsilə vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, Uels yığmasıdır. Britaniyalılar E qrupunda son turun oyununda Macarıstana 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu 15-ci və 47-ci dəqiqələrdə Aaron Remsi vurub.

Bununla da xallarını 14-ə çatdıran Uels 17 xala malik Xorvatiya ilə birgə final mərhələsinə yüksəlib. Azərbaycan millisinə eyni hesabla qalib gələn Slovakiya 13 xalla qrupda 3-cü yeri tutub. 12 xala malik Macarıstan 4-cü, cəmi 1 xal qazanan Azərbaycan isə sonuncu yerdə qərarlaşıb.

Qalan 18 vəsiqəni İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb. Qalan 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək.

Digər oyunlara gəldikdə, Belçika Kipri 6:1 hesabı məğlub edərək, I qrupunu maksimum - 30 xalla başa vurub. Bunadək İtaliya da J qrupunda eyni nəticəni göstərib. Rusiya səfərdə San-Marinonu 5:0 hesabı ilə yenib. Qazaxıstan isə öndə olduğu görüşdə Şotlandiyaya 1:3 hesabı ilə uduzaraq, 3-cü pilləyə yüksələ bilməyib. 

C qrupunun hər iki qarşılaşmasında böyük hesab qeydə alınıb. Almaniya Şimali İrlandiyaya 6:1, Niderland Estoniyaya 5:0 hesabı ilə qalib gəlib. 

G qrupunda isə meydan sahibləri minimal fərqlə qalib gəliblər. Latviya Avstriyaya 1:0 hesabı ilə qalib gələrək, qrupu 3 xalla tamamlayıb. Polşa Sloveniyanı 3:2 hesabı ilə yenib. Şimali Makedoniya isə İsrail üzərində 1:0 hesablı qələbə sayəsində qrupu 14 xalla 3-cü pillədə başa vurub. 

AVRO-2020
Seçmə mərhələ, X tur
19 noyabr


C qrupu

23:45. Almaniya - Şimali irlandiya - 6:1

Qollar: Serj Qnabri, 19; 47; 60. Leon Qoretska, 43; 73. Yulian Brandt, 90+1 - Maykl Smit, 7 

 

23:45. Niderland - Estoniya - 5:0

Qollar: Jorjinyo Veynaldum, 6; 66; 79. Natan Ake, 19. Miron Boadu, 87


Xal durumu: Almaniya - 21 xal (8 oyuna), Hollandiya - 19 (8), Şimali İrlandiya - 13 (8), Belarus - 4 (8), Estoniya - 1 (8).

 

E qrupu
23:45. Slovakiya - Azərbaycan - 2:0

Qol: Robert Bojenik, 19. Marek Hamşik, 86


23:45. Uels - Macarıstan - 2:0

Qollar: Aaron Remsi, 15; 47 


Xal durumu: Xorvatiya - 17 xal (8 oyuna), Uels - 14 (8), Slovakiya - 13 (8), Macarıstan - 12 (8), Azərbaycan - 1 (8).

 

G qrupu
23:45. Şimali Makedoniya - İsrail - 1:0

Qol: Boban Nikolov, 45+2

 

23:45. Latviya - Avstriya - 1:0

Qol: Martsis Oşs, 65


23:45. Polşa - Sloveniya - 3:2

Qollar: Sebastian Şimanski, 3. Robert Levandovski, 54. Yatsek Qoratski, 81 - Tim Matavj, 14. Yosip İliçiç, 61


Xal durumu: Polşa - 25 xal (10 oyuna), Avstriya - 19 (10), Şimali Makedoniya - 14 (10), Sloveniya - 14 (10), İsrail - 11 (10), Latviya - 3 (10).

 

I qrupu
23:45. Belçika - Kipr - 6:1

Qollar: Kristian Benteke, 16; 68. Kevin De Bruyne, 36; 42. Yannik Karrasko, 44. Xristofu Kipros, 51 (öz qapısına) - Nikolas Yannu, 14


23:45. San Marino - Rusiya - 0:5

Qollar: Daler Kuzyayev, 3. Sergey Petrov, 19. Aleksey Mirançuk, 49. Aleksey İonov, 56. Nikolay Komliçenko, 78

 

23:45. Şotlandiya - Qazaxıstan - 3:1

Qollar: Con Makginn, 48; 90+1. Stiven Neysmit, 64 - Baktiyor Zaynutdinov, 34


Xal durumu: Belçika - 30 xal (10 oyuna), Rusiya - 24 (10), Şotlandiya - 15 (10), Kipr - 10 (10), Qazaxıstan - 10 (10), San Marino - 0 (10).