Avro-2024-ün ev sahibi müəyyənləşdi

2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ev sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsinin Nyonda keçirilən iclasında verilən qərara əsasən, ev sahibliyi Almaniyaya verilib. 

Qeyd edək ki, Almaniya qitə birinciliyini 10 şəhərdə təşkil edəcəyini açıqlayıb. Bunlar Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqartdır ("Ştutqart Arena", 50,998).


Bu gün 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ev sahibi müəyyənləşəcək. SportLine.az xəbər verir ki, ev sahibliyi üçün iki iddiaçı var: Türkiyə və Almaniya.

Türkiyə yarışın təşkili üçün bu 10 stadionu siyahıya əlavə edib:

Ankara ("Ankara Stadium", 62,332), Antalya ("Antalya Stadium", 41,349), Bursa (Bursa stadionu, 42,985), Eskişehir (Eskişehir stadionu, 32,204), Qaziantep (Qaziantep stadionu, 33,884), İstanbul (İstanbul Atatürk Olimpiya stadionu, 85,718 və "Ali Sami Yen" İdman Kompleksi, 50,178), Kocaeli (Kocaeli stadionu, 32,204), Konya ("Konya Büyükşehir Belediye" stadionu, 36,193) və Trabzon (Şenol Güneş İdman Kompleksi,40,735).

Almaniyanın ərizəsində isə bu arenaların adı var:

Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998).

Qeyd edək ki, Avro-2024-ün ev sahibinin adı Bakı vaxtı ilə saat 16:45-ə planlaşdırılan brifinqdə açıqlanacaq. Qərar isə bundan öncə təşkil olunacaq UEFA-nın İcraiyyə Komitəsinin iclasında veriləcək.