"Avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm" - Abdullah Zubir
"Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm. Hansı komandaya gəldiyimin fərqindəyəm".
SportLine.az-ın məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Abdullah Zubir klubun rəsmi "Facebook" səhifəsinə açıqlamasında deyib. Ağdam komandasının son illər ardıcıl çempionluqlar qazandığını söyləyən Mərakeş əsilli fransalı yarımmüdafiəçi hədəfinin yeni komandası ilə birgə mükafatlar qazanmaqdan ibarət olduğunu diqqətə çatdırıb: "Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da burada məsuliyyətimin artması deməkdir. "Qarabağ" baxımlı futbol oynamağı çox sevir. Bu komanda üçün ən yaxşısını etməyə çalışacağam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bu komanda ilə titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm".
Qeyd edək ki, "Qarabağ" Fransa "Lans"ından transfer etdiyi Abdullah Zubirlə 2 illik müqavilə bağlayıb.