Avroliqa: 1/4 finalın püşkü atılır

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyon şəhərində yerləşən mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Bu, finaldan öncə son püşkatma olacaq. Tədbirdə 1/4 və yarımfinal mərhələlərinin cütlükləri ilə yanaşı, Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici görüşdə də nominal meydan sahibləri müəyyənləşəcək.

Avropa Liqası

1/4 final iştirakçıları

"Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə)

"Napoli" (İtaliya)

"Valensiya" (İspaniya)

"Vilyarreal" (İspaniya)

"Ayntraxt" (Almaniya)

"Benfika" (Portuqaliya)

"Slaviya" (Çexiya)

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.