Avroliqada 1/8 finalın püşkü atıldı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SportLine.az püşkatmanın nəticələrini diqqətinizə çatdırır:

"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (İtaliya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya)

"Valensiya" (İspaniya) - "Krasnodar" (İspaniya)

"Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)

"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)


Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

İştirakçı komandalar səbətlərə bölünməyəcək. 

Mübarizəni davam etdirən komandalar:

"Sevilya", "Valensiya", "Vilyarreal", "Arsenal", "Çelsi", "Zenit", "Krasnodar", "İnter", "Napoli", "Slaviya" Praqa, "Dinamo" Zaqreb, "Dinamo" Kiyev, "Benfika", "Zalsburq", "Ayntraxt" Frankfurt, "Renn"

Qeyd edək ki, növbəti mərhələnin oyunları martın 7-i və 14-də təşkil olunacaq. Final görüşü mayın 29-da Bakının Olimpiya Stadionunda keçiriləcək.