Avroliqa: "Arsenal"dan geri dönüş, "Çelsi" "Ayntraxt"la bacarmadı

Bu gün UEFA Avropa Liqasında yarımfinal həyəcanı başlayıb. 

Sportline.az xəbər verir ki, Frankfurtda “Ayntraxt” İngiltərənin “Çelsi” komandası ilə qarşılaşıb. Bu görüşdə əksəriyyət meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirirdi. Bu mövsüm Avropa Liqasında yalnız səfərdə “Benfika”ya uduzan frankfurtlular doğma arenaya favorit qismində çıxıblar. 

“Çelsi” də Avropa Liqasında məğlubiyyətsiz irəliləyir. Baş mükafata əsas namizədlərdən sayılan London klubu uğurlu seriyanı Frankfurtda da davam etdirmək niyyətində idi.

Gecənin digər oyunu da maraqla gözlənilirdi. Londonda "Valensiya”nı qəbul edən "Arsenal" azarkeşlərini sevindirib.

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında cavab qarşılaşmaları mayın 9-da olacaq.

Avropa Liqası
Yarımfinal, ilk oyunlar

23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) 1:1
Qollar: Luka Yoviç, 23 (1:0), Pedro, 45 (1:1).
Baş hakim: Karlos del Serro (İspaniya)
Frankfurt. “Kommersbank-Arena”

23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) 3:1
Qollar: Muktar Diakabi, 11 (0:1), Aleksander Lyakazett, 18 (1:1), Aleksander Lyakazett, 26 (2:1), Pier-Emerik Obameyanq, 90+1 (3:1).
Baş hakim: Kleman Türpan
London. “Emirates Stadium”.