Avroliqa: "Fənərbağça"dan minimal hesablı qələbə

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, oyun günündə azarkeşlər bir qarşılaşmanı izləməyə imkan tapıblar.

Türkiyə təmsilçisi "Fənərbağça" doğma meydanda "Zenit"i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab matçı fevralın 21-də Sankt-Peterburqda təşkil olunacaq.

12 fevral 2019
Avropa Liqası
1/16 final (ilk oyun)

"Fənərbağça" - "Zenit" - 1:0
QOL:
İslam Slimani, 21 (1:0)
Baş hakim: Ruddi Buke (Fransa)