"Qalatasaray" və "Arsenal" uduzdu, "Çelsi" və "Napoli" qalib gəldi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 görüşü keçirilib.

SportLine.az xəbər verir ki, Türkiyə təmsilçilərindən - "Qalatasaray" doğma meydanda "Benfika"nı qəbul edib. Portuqaliya təmsilçisi dueldən qalib ayrılıb.

Gecənin maraqlı duellərindən biri Romada yaşanıb. "Sevilya" gərgin mübarizənin yekununda "Latsio"dan güclü olub.

Favoritlərdən "Arsenal"ın BATE-yə məğlubiyyəti gecənin sürprizi kimi yadda qalıb.

Çelsi" "Malmö"nü, "İnter" "Rapid"i, "Napoli" isə "Sürix"i səfərdə üstələyib.

Xatırladaq ki, mərhələnin ilk oyununda "Fənərbağça" "Zenit"dən güclü olub - 1:0.

14 fevral 2019
UEFA Avropa Liqası
1/16 final

“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya) - 0:0

“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya) - 1:2
QOLLAR:
Eduardo Salvio, 27/p. (0:1); Kristian Luyindama, 54 (1:1); Haris Seferoviç, 64 (1:2)

“Latsio” (İtaliya) - “Sevilya” (İspaniya) - 0:1
QOL:
Vissam Ben Yedder, 22 (0:1)

“Rapid” (Avstriya) - “İnter” (İtaliya) - 0:1
QOL:
Lautaro Martinez, 39/p. (0:1)

“Renn” (Fransa) – “Betis” (İspaniya) - 3:3
QOLLAR: 
Adrien Hunou, 2 (1:0); Xavi Qarsiya, 9 (2:0); Lo Selso, 32 (2:1); Hatem Ben Arfa, 45+3/p. (3:1); Sidney, 62 (3:2); Diyeqo Laynez, 90+1 (3:3)

“Slaviya” (Çexiya) - “Genk” (Belçika) - 0:0

BATE (Belarus) - “Arsenal” (İngiltərə) - 1:0
QOL:
Stanislav Draqun, 45 (1:0)

“Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna) - 2:2
QOLLAR:
Ahmed Hassan, 9 (1:0); Vitali Buyalski, 27 (1:1); Gil Dias, 40 (2:1); Benyamin Verbiç, 89 (2:2)

“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya) - 2:1
QOLLAR:
Yunuzoviç, 17 (0:1); Densvil, 64 (1:1); Uesli, 81 (2:1)

“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:2
QOLLAR:
Roz Barkli, 30 (0:1); Jiru, 58 (0:2); Kristiansen, 80 (1:2)

“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya) - 0:2
QOLLAR:
Denis Çerışev, 42 (0:1); Sobrino, 49 (0:2)

“Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya) - 0:1
QOL: 
Alfonso Pedraza, 3 (0:1)

“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya) - 1:3
QOLLAR:
İnsinye, 11 (0:1); Kalyexon, 21 (0:2); Zelinski, 77 (0:3); Kololli, 83/p. (1:3)

“Şaxtyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya) - 2:2
QOLLAR:
Hinteregger, 7 (0:1); Marlos, 10/p. (1:1); Kostiç, 50 (1:2); Tayson, 67 (2:2)

“Viktoriya” (Plzen, Çexiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1
QOLLAR:
Dani Olmo, 41 (0:1); Perniça, 54 (1:1); Perniça, 83 (2:1)