"Qarabağ" 3-cü səbətdə
UEFA Avropa Liqasında 2018/2019-cu il mövsümünün bütün iştirakçıları müəyyənləşib. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsilç edəcək "Qarabağ" reytinq xallarına əsasən 3-cü səbətdə yer alıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi qrup mərhələsinin püşkatma mərasimində "Betis" (İspaniya), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa) və "Renn" (Fransa) klubları ilə qarşılaşa bilməz.
I SƏBƏT | II SƏBƏT |
"Sevilya" "Arsenal" "Çelsi" "Zenit" "Bayer" (Leverkuzen) "Dinamo" (Kiyev) "Beşiktaş" "Zalsburq" "Olimpiakos" "Vilyarreal" "Anderlext" "Latsio" |
"Sportinq" "Lüdoqorets" "Kopenhagen" "Marsel" "Seltik" PAOK "Milan" "Genk" "Fənərbağça" "Krasnodar" "Astana" "Rapid" (Vyana) |
III SƏBƏT | IV SƏBƏT |
"Betis" "Qarabağ" BATE "Dinamo" (Zaqreb) "Leyptsiq" "Ayntraxt" (Frankfurt) "Malmö" (İsveç) "Spartak" (Moskva) "Standard" (Liej) "Sürix" "Bordo" "Renn" |
"Apollon" "Rusenborq" "Vorskla" "Slaviya" (Praqa) "Akhisar" "Yablonets" AEK (Larnaka) "Videoton" "Reyncers" "Düdelanj" "Spartak" (Trnava) "Sarpsborq" |