Avroliqada 1/8 finala vəsiqə qazanan komandalar

UEFA Avropa Liqasında 1/16 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, mübarizəni 1/8 final mərhələsində davam etdirəcək komandaların siyahısı bəllidir. 

Bu mərhələdə ən çox komanda ilə İspaniya təmsil olunacaq:

İspaniya: "Sevilya", "Valensiya", "Vilyarreal"

İngiltərə: "Arsenal", "Çelsi"

Rusiya: "Zenit", "Krasnodar"

İtaliya: "İnter", "Napoli"

Çexiya: "Slaviya"

Xorvatiya: "Dinamo" Zaqreb

Ukrayna: "Dinamo" Kiyev

Portuqaliya: "Benfika"

Avstriya: "Zalsburq"

Almaniya: "Ayntraxt" Frankfurt

Fransa: "Renn"

Qeyd edək ki, növbəti mərhələnin oyunları martın 7-i və 14-də təşkil olunacaq. 1/8 finalın cütlükləri bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.