Avroliqada da "ən yaxşı" müəyyənləşdi

UEFA Avropa Liqasında 6-cı turun ən yaxşı oyunçusunu müəyyənləşdirib. SportLine.az xəbər verir ki, onlayn səsvermədə ən çox səsi toplayan İsmaila Sarr "ən yaxşı" adına layiq görülüb. 

"Renn" klubunun futbolçusu Vissam Ben Yedder ("Sevilya"), Dominik Kor ("Bayer") və “Sander Berqedi ("Genk") qabaqlayıb.

Qeyd edək ki, İ.Sarr millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana"ya qalib gəldikləri matçda (2:1) komandasının  hər iki qolunun müəllifi olub.