Avroliqada həftənin ən yaxşısı

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Muhammed El-Nenni bütün rəqiblərini qabaqlayaraq "ən yaxşı" adına sahib çıxıb.

O, səslərin 84 faizini toplayıb.

Qeyd edək ki, el-Nenni Avroliqanın 1/4 finalında CSKA ilə matçda (2:2) iki qolun ötürməsini verib.