Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, siyahıda Nikolas Pepe ("Arsenal"), Ryan Kristi ("Seltik"), Ussama İdrissi ("Alkmar") və Franko Vaskes ("Sevilya") yer alıb.
Pepe və Vaskes geridə qalan turda dubl edibsə, digər iki oyunçu hərəyə 1 qol vurub.