Avroliqada həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adları açıqlanıb.

Sportline.az xəbər verir ki iddialılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, "Mançester Yunayted"in forvardı Meyson Qrinvud, Fransa "Renn"inin müdafiəçisi Joris Nyanyon və "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakadır.

Jota Türkiyə "Beşiktaş"ı ilə VI tur matçında (4:0) het-trik, Qrinvud Hollandiya AZ-si ilə (4:0), Nyanyon İtaliya "Latsio"su ilə qarşılaşmada (2:0) dubl edib. Saka isə Belçika Standard"ı ilə görüşdə (2:2) fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır. Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" evdə Lüksemburq "Düdelanj"ı ilə 1:1 hesablı heç-heçə edib. Bununla da A qrupunda 5 xalla 3-cü yeri tutan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.