Avroliqada "həftənin komandası" müəyyənləşdi

UEFA Avropa Liqasında "həftənin rəmzi komandası"nı açıqlayıb. SportLine.az xəbər verir ki, "11-lik"də "Arsenal" daha çox - 3 futbolçu ilə təmsil olunub:

Qapıçılar: Denis Boyko ("Dinamo" Kiyev, Ukrayna)

Müdafiəçilər: Stefan Lixtştayner ("Arsenal", İngiltərə), Emir Dalaver ("Dinamo" Zaqreb, Xorvatiya), Şkodran Mustafi ("Arsenal", İngiltərə), Vladimir Tsoufal ("Slaviya" Praqa, Çexiya)

Yarımmüdafiəçilər: Pablo Sarabiya ("Sevilya", İspaniya), Qran Caka ("Arsenal", İngiltərə), Ksavar Şlager ("Zaltsburq", Avstriya), Kallum Hadson-Odoy ("Çelsi", İngiltərə)

Hücumçular: Sərdar Azmun ("Zenit", Rusiya), Patson Saka ("Zaltsburq", Avstriya).