Avroliqada "həftənin oyunçusu" adına 4 namizəd

UEFA Avropa Liqasında "həftənin oyunçusu" adına namizədləri açıqlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda, həmişəki kimi, 4 futbolçunun adı var.

Bunlar Ruben Sobrino (“Valensiya”), Ross Barkli (“Çelsi”), Xose Kalyexon (“Napoli”) və Ludek Pernitsadı (“Viktoriya”). Ən yaxşı futbolçu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Qalibin adı səsvermə başa çatdıqdan sonra açıqlanacaq.