Avroliqada III təsnifat mərhələsinin püşkü atılır
Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:25-də başlanacaq.
Mərasimdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Neftçi” və “Qəbələ” ilə yanaşı, Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ”ın da qitənin ikinci dərəcəli klub turnirinin 3-cü təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq.
2-ci raundda Tula “Arsenal”ı ilə qarşılaşacaq “Neftçi” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. “Ağ-qaralar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə, səpələnməmişlər səbətindəki 6 komandadan birinə rəqib olacaq.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi
Səpələnmişlər
"Sparta" (Praqa, Çexiya)
"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi
"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi
Səpələnməmişlər
"Trabzonspor" (Tükiyə)
"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi
"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi
"Bney Yehuda" (Tel-Əviv, İsrail)
"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi
Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq və Gürcüstan “Dinamo”su ilə üz-üzə gələcək “Qəbələ” püşkatmada səpələnməmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” Tbilisi təmsilçisini keçərsə, 3-cü raundda nisbətən güclü komanda ilə düşəcək.
Səpələnmişlər
“Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi
“Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütünün qalibi
“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu (Çempionlar Liqası)
“Feyenoord”
Səpələnməmişlər
"Austria" (Avstriya)
"Norçeppinq" (İsveç) - "Liepaya" (Latviya)
"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Esberq" (Danimarka)
"Antverpen" (Belçika)
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk”la qarşılaşacaq “Qarabağ” İrlandiya çempionunu keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib. Qurban Qurbanovun komandası ÇL-də ikinci mərhələni keçə bilməsə, Avroliqanın üçüncü təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq. Bu isə o deməkdir ki, təmsilçimiz nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək.
Səpələnmişlər
"Seltik" (Şotlandiya") - "Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün məğlubu
"Dundalk" (İrlandiya) - "Qarabağ" cütünün məğlubu
"Maribor" (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu
"Ferensvaroş" (Macarıstan) - "Valletta (Malta) cütünün məğlubu
Səpələnməmişlər
"Sarayevo" (Bosniya və Herseqovina)
"Partizani" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Feronikeli" (Kosovo) cütünün qalibi
"Santo-Koloma" (Andorra) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq") cütünün qalibi
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.