"Çelsi" Avropa Liqasının qalibidir

Bu gün Bakı Olimpiya Stadionununda keçirilən oyunda Avropa Liqasının qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, həlledici oyunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gəlib. 

"Çelsi"nin Çempionlar Liqasına vəsiqəni təmin etməsini nəzərə alsaq, bu görüşün "Arsenal" üçün daha böyük əhəmiyyət daşıdığını söyləmək olardı. "Topçular" Avropa Liqasının qalibi olmaqla qitənin ən nüfuzlu klub turnirinə yollanmağı hədəfləmişdilər.

Komandanın baş məşqçisi Unai Emeri isə, finaldakı qələbə ilə tarixə də düşə bilərdi. "Sevilya" ilə 3 dəfə Avropa Liqasını qazanan ispaniyalı mütəxəssis, bu gün turnirin 4 qat qalibi kimi yeni rekorda imza ata bilərdi. 

Avropa Liqası
2018/19 mövsümü
Final
29 may

Çelsi (İngiltərə) - Arsenal (İngiltərə) 4:1
Qollar: 
Oliviye Jiru, 49 (1:0), Pedro 60 (2:0), Eden Azar, 65 (3:0), Aleks İvobi, 69 (3:1), Edn Azar, 72 (4:1).

Çelsi (Təxmini heyət): Kepa Arrisabalaqa, Sesar Aspilikueta , Andreas Kristiensen, David Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.

Arsenal(Təxmini heyət): Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.

Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
Bakı Olimpiya Stadionu