Avroliqanın kuboku Cocuq Mərcanlıda

UEFA Avropa Liqasının kuboku dünən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə aparılıb.

Sportline.az xəbər verir ki, səfərdə final oyununun səfiri Vəli Qasımovla milli komandamızın və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də iştirak edib. Kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, Q. Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" klubları arasında olacaq.