Avropa çempionatına vəsiqəni təmin edən komandalar

AÇ-2020-nin seçmə mərhələsində bu gün son tur start götürəcək.

Sportline.az xəbər verir ki, hesabat turundan sonra daha 4 millinin qitə çempionatının final mərhələsinə çıxışı rəsmiləşəcək.

Qalan 4 yığmanın adına isə Millətlər Liqasının pley-off oyunlarından sonra aydınlıq gətiriləcək.

16 milli komanda Avropa çempionatına vəsiqəni rəsmiləşdirib:

İngiltərə, Çexiya (A qrupu), Ukrayna (B qrupu), Almaniya, Niderland (C qrupu), Xorvatiya (E qrupu), İspaniya, İsveç (F qrupu), Polşa, Avstriya (G qrupu), Fransa, Türkiyə (H qrupu), Belçika, Rusiya (I qrupu), İtaliya, Finlandiya (J qrupu).