Avropa çempionatında son yarımfinalçı da məlumdur

Kişi basketbolçuların Avropa çempionatında son yarımfinalçının da adına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən oyunda Almaniya millisinin imkanlarını yüksək qiymətləndirınlər yanılmayıblar. Bxmayaraq ki, ilk hissə daha inamlı oyun nümayiş etdirən Sloveniya seçməsinin üstünlüyü ilə yekunlaşıb – 32:21. Tezliklə toparlanan Almaniya basketbolçuları böyük fasiləyə üstün durumda yollanıblar - 55:51.

Matçın 3-cü periodu da gərgin mübarizə ilə yadda qalıb. Amma vəziyyəti dəyişməyə çalışan sloveniyalılar istəklərini nə bu, nə də sonuncu hissədə reallaşdıra bilməyiblər - 25:23, 29:27 və ümumi hesabda 99:91 hesablı qələbə çalan Almaniya komandası yarımfinalda Finlandiya seçməsinin rəqibi olub.

Sabah keçiriləcək digər yarımfinal görüşündə Türkiyə və Yunanıstan milliləri üz-üzə gələcəklər.