Avropa çempionu Fransa klubunda

"Bavariya"in yarımmüdafiəçisi Renatu Sanşeş Fransanın "Lill" klubuna transfer olub.

Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün Fransaya yollanıb. Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Bu keçid üçün Münhen klubuna 25 milyon avro və bonuslar ödəniləcək.

"Bavariya" Sanşeşi "Benfika"dan 2016-cı ildə 35+5 milyon avroya transfer etmişdi.