Avropa Liqası: 1/16 final cütləri müəyyənləşdi

Bu gün Avropa Liqası turnirində 1/16 final mərhələsinin püşkü atılıb.
 
Sportline.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanıb.

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya)

 "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

APOEL (Kipr) - "Bazel" (İsveçrə)

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Alkmaar" (Hollandiya) - LASK (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya) 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) -  "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.