Avropa Liqası: "Arsenal" "Napoli"ni kənarlaşdırdı

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşib. 

Sportline.az xəbər verir ki, gecənin daha böyük maraq doğuran cavab matçında "Napoli" "Arsenal"la qarşılaşıb. Londondan 0:2 hesablı məğlubiyyətlə dönən neapollular bu dəfə də məğlub olublar. 

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:1
Qol: 
Aleksander Lyakazett, 36.
İlk oyun - 0:2