Avropa Liqası: "Arsenal"dan geri dönüş

UEFA Avropa Liqasında yarımfinal görüşü Londonda olub.

Sportline.az xəbər verir ki, “Arsenal” – “Valensiya” görüşünə daha fəal başlayan qonaqlar çox keçmədən hesabı açıblar. 11-ci dəqiqədə Muktar Diakabi rəqib qapısına yol tapıb.

Ruhdan düşməyən meydan sahibləri cəmi 7 dəqiqə sonra tarazlığı bərpa ediblər. Fransalı futbolçu Aleksandr Lyakazett yerli azarkeşləri sevindirib. 1-1. Bununla kifayətlənməyən 27 yaşlı futbolçu fasiləyədək özünün və komandasının 2-ci qolunu vurub. 2:1. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Əsas vaxta əlavə edilən 1-ci dəqiqədə fərq daha da artıb. Pier-Emerik Obameyanq son qolun müəllifi olub. 3:1 hesabıyla qələbə qazanan “Arsenal” mayın 9-da İspaniyada cavab qarşılaşmasına çıxacaq.