Avropa Liqası: "Çelsi" penaltilərdə qalib gəldi

UEFA Avropa Liqasında digər finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, ilk oyunda "Ayntraxt"la 1:1 hesabıyla heç-heçə edən "Çelsi" doğma meydanda eyni nəticəyə imza atıb. Penaltilər seriyasında daha dəqiq olan "zadəganlar" finalda "Arsenal"ın rəqibi olublar.

9 may
Avropa Liqası
1/2 finalın cavab oyunları

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilər - 4:3)
Qollar: 
Ruben Loftus-Çek, 28 (1:0), Luka Yoviç, 49 (1:1).
İlk oyun – 1:1