Avropa Liqası: "Çelsi" səfərdə "Ayntraxt"la heç-heçə etdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, oyuna “Ayntraxt” daha sürətli başlayıb.

İlk hissədə hesab açılıb. 23-cü dəqiqədə meydan sahiblərindən Luka Yoviç yerli azarkeşləri sevindirib. Fasiləyə məğlub yollanmamaq üçün hücumlarını gücləndirən “Çelsi” istəyinə 45-ci dəqiqədə çatıb. Pedro tarazlığı bərpa edib. 1-1. İkinci hissəyə qonaqlar daha yaxşı başlayıblar. Lakin, Frankfurt klubu Maurisio Sarrinin komandasının ardıcıl hücumlarından inamla müdafiə olunub. Görüş 1-1 hesabıyla yekunlaşıb. Cavab oyunu mayın 9-da “Stemford Bric”də olacaq.