Avropa Liqası: "Çukariçki" "Molde"yə qarşı

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha bir matç keçiriləcək. İlk görüşdə qolsuz heç-heçə edən "Çukariçki" və "Molde" klubları bu dəfə Belqradda üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Qeyd edək ki, bu mərhələnin 4 oyunu dünən keçirilib. Digər 42 oyun isə sabah oynanılacaq. Təmsilçimiz "Qəbələ" Tbilisidə "Dinamo"nun qonağı olacaq.


Avropa Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

22:45. "Çukariçki" (Serbiya) - "Molde" (Norveç)