Avropa Liqası: "Dandolk"dan növbəti məğlubiyyət

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.

İrlandiyanın “Dandolk” klubu səfərdə Slovakiya “Slovan”ının qonağı olub. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı İrlandiya çempionu “Slovan”la ilk oyundan məğlub ayrılıb - 0:1.

Qeyd edək ki, bu gün keçiriləcək 32 görüşlə mərhələnin ilk oyunlarına yekun vurulacaq.

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

7 avqust

"Slovan" (Slovakiya) – "Dandolk" (İrlandiya) 1:0
Qol: Holman, 86.