Avropa Liqası: Emeri və Sarrinin mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının finalında üz-üzə gələcək komandaların baş məşqçilərinin mətbuat konfransının vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, matçın baş tutacağı Bakı Olimpiya Stadionundakı açıq məşq və mətbuat konfransları mayın 28-də təşkil olunacaq.

Yerli vaxtla saat 17:45-də Emerinin mətbuat konfransı keçiriləcək. Tam açıq məşq isə saat 18:30-a təyin edilib.

Sarri saat 21:15-dən etibarən sualları cavablandıracaq. “Çelsi”nin açıq məşqi isə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final matçının start fiti saat 23:00-da səslənəcək.