Avropa Liqası: Finalın hakimləri məlum oldu

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb. 

Sportline.az xəbər verir ki, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub. 

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək. 

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq. 

 Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.