Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, yarımfinalın ilk oyunlarından sonra "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett həftənin ən yaxşı oyunçusu seçilib.

Fransalı hücumçu "Arsenal"ın doğma meydanda "Valensiya"ya 3:1 hesabı ilə qalib gəldiyi görüşdə dubl edib.