Avropa Liqası: Həftənin ən yaxşısı

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernandeş hamını qabaqlayıb. O, səsvermədə Vensan Abubakar (“Portu”), Raul Ximenes (“Vulverhempton”) və Daiti Kamadanı ("Ayntraxt") geridə qoyub.

Qeyd edək ki, B.Fernandeş PSV ilə matçda (4:0) 2 qol vurub, 2 qolun ötürməsini verib.