Avropa Liqası: Həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında həftənin nəticələri əsasında ən yaxşı futbolçu adına namizədlərin adları açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıda 4 futbolçu yer alıb. Bunlar İngiltərə "Arsenal"ının hücumçularu Pyer-Emerik Obameyanq və Aleksandr Lyakazett, "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çik və Almaniya "Ayntraxt"ının qapıçısı Kevin Trappdır.

Loftus-Çik "Ayntraxt"la (1:1) qarşılaşmada məhsuldar ötürmə edib. Trapp isə 4 topu dəf edib və cəmi 1 top buraxıb. İspaniya "Valensiya"sı ilə görüşdə (3:1) isə Lyakazett ilk 2, Obameyanq sonuncu qolun müəllifi olub. 

Qeyd edək ki, cavab oyunları mayın 9-da, final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.