Avropa Liqası: ilk gündə 10 qol

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Görüşlər Malta, Cəbəllütariq və Bolqarıstanda olub.

Qeyd edək ki, mərhələnin digər matçları bu gün və sabah oynanılacaq.

9 iyul

I təsnifat mərhələsi, ilk oyunlar

19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4
Qollar: R. Cak, 50 (0:1), Ş. Ojo,56 (0:2), K. Qoldson, 68 (0:3), A. Morelos, 77 (0:4)

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2
Qollar: A. Qyurso, 44 (0:1), İ. Dolçek, 90 (0:2)

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0
Qollar: Evandro, 40 (1:0), T. Rodriqes, 53 (2:0), Ceferson, 55 (3:0), K. Malinov, 72 (4:0)