Avropa Liqası: "Neftçi" son dəqiqədə hesabı bərabərləşdirdi

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, yeganə təmsiçimiz  “Neftçi” də bu gün növbəti matçına çıxacaq. Roberto Bordinin komandası doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək. 

Qeyd edək ki, “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

8 avqust
Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunu

21:00. "Neftçi" - "Bney Yehuda" 2:2

Qollar: Saqas Tambi, 26 (0:1), Məhəmməd Qədir, 36 (0:2), Stiven Jozef-Monroz, 42 (1:2), Namik Ələskərov, 90+7 (2:2)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.