Avropa Liqası: "Neftçi" və "Qəbələ"nin görüşləri canlı yayımda

"Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal” klubu ilə keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

Qol.az-ın məlumatına görə, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda, avqustun 1-də isə "Bakcell Arena”da keçirilən görüşlər "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Sabah Avroliqada mübarizəyə başlayacaq "Qəbələ"nin  ikinci təsnifat mərhələsində evdə Tiflis "Dinamo"su ilə ilk matçı da "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Həmin matç isə yerli vaxtla 19:00-da başlayacaq.