Avropa Liqası: "Neftçi"nin oyununa hakim təyinatı

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA oyunu Fransadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmanı Kərim Abed idarə edəcək. Ona Hiçam Zakrani və Mikael Berçebru yardımçı olacaq. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. 

Qarşılaşmanın UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu, hakim-inspektoru norveçli Kyell Alset olacaq.

Xatırladaq ki, avqustun 8-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq. Cavab görüşü bir həftə sonra İsraildə baş tutacaq.