Avropa Liqası: Qriqorçukun komandası qrupda, ermənilər ilki bacarmadılar

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, cavab oyunlarının yekununda qrup mərhələsinə vəsiqə qazanan son 21 komandanın adı məlum olub.  

Onların arasında "Qarabağ"la yanaşı, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun hazırda rəhbərlik etdiyi Qazaxıstan "Astana"sı da var. "Astana" Belarusda BATE-yə 0:2 hesabı ilə uduzsa da, ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb.

Türkiyənin "Trabzonspor" komandası evdə Yunanıstan AEK-inə 0:2 hesabı ilə uduzub. Lakin səfər matçında 3:1 hesabı ilə qalib gələrək, daha çox qol vurduğu üçün Qara dənizlilər qrupa yüksəlib. Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiya "Spartak"ı isə Portuqaliya "Braqa"sına cavab görüşündə də uduzaraq, mübarizəni dayandırıb. 

Ermənistan "Ararat"ı da qrupa yüksələ bilməyib. Lüksemburq "Düdelanj"ı ilə cütün taleyi penaltilər seriyasında həll olunub. "Düdelanj" lotereyadan qalib ayrılaraq, yoluna davam edib.  

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

20:00. "Qarabağ" (Azərbaycan) - "Linfild" (Şotlandiya) - 2:1

İlk oyun - 2:3

20:45. "Riqa" (Latviya) - "Kopenhagen" (Danimarka) - 1:0

İlk oyun - 1:3

21:00. BATE (Belarus) - "Astana" (Qazaxıstan) - 2:0

İlk oyun - 0:3

21:00. PAOK (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 3:2

İlk oyun - 0:1

21:00. AİK (İsveç) - "Seltik" (Şotlandiya) - 1:4 

İlk oyun - 0:2

21:00. “Bney Yehuda” (İsrail) - “Malmö” (İsveç) - 0:1 

İlk oyun - 0:3

21:00. "Mölde" (Norveç) - "Partizan" (Serbiya) - 1:1

İlk oyun - 1:2 

21:00. “Zarya” (Luqansk, Ukrayna) - “Espanyol” (İspaniya) - 2:2

İlk oyun - 1:3

21:00. “Apollon” (Kipr) - PSV (Hollandiya) - 0:4 

İlk oyun - 0:3

21:15. "Spartak" (Moskva, Rusiya) - "Braqa" (Portuqaliya) - 1:2

İlk oyun - 0:1

21:30. “Antverpen” (Belçika) - AZ (Alkmaar, Hollandiya) - 1:4 (ƏLAVƏ VAXT - 0:3)

İlk oyun - 1:1

21:30. “Hapoel Beer-Şeva” (İsrail) - “Feyenoord” (Hollandiya) - 0:3

İlk oyun - 0:3 

21:30. "Trabzonspor" (Türkiyə) - AEK (Afina, Yunanıstan) - 0:2

İlk oyun - 3:1

22:00. "Düdelanj" (Lüksemburq) - "Ararat" (Ermənistan) - 2:1 (PENALTİLƏRLƏ - 5:4)

İlk oyun - 1:2

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Suduva" (Litva) - 4:2

İlk oyun - 0:0

22:00. “Riyeka” (Xorvatiya) - “Gent” (Belçika) - 1:1

İlk oyun - 1:2

22:15. "Maribor" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) - 2:2

İlk oyun - 0:0

22:30. “Ayntraxt” (Frankfurt, Almaniya) - “Strasburq” (Fransa) - 3:0

İlk oyun - 0:1

22:45. “Reyncers” (Şotlandiya) - "Legiya" (Polşa) - 1:0

İlk oyun - 0:0

22:45. “Vulverhempton” (İngiltərə) - "Torino" (İtaliya) - 2:1

İlk oyun - 3:2

23:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Styaua" (Rumıniya) - 1:0

İlk oyun - 0:0