Avropa Liqası: "Qarabağ"ın rəqibləri məlum oldu

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. 

Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"la (Lüksemburq) A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.


A qrupu 

"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)