Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşir

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olacaq. Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən 3-cü səbətə düşüb. Ümumilikdə püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.


Avropa Liqası

Qrup mərhələsi

 
I səbət

“Sevilya” (İspaniya)

“Arsenal” (İngiltərə)

“Portu” (Portuqaliya)

“Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Dinamo” (Kiyev, Ukrayna)

“Beşiktaş” (Türkiyə)

“Bazel” (İsveçrə)

“Sportinq” (Portuqaliya)

SSKA (Moskva, Rusiya)

“Volfsburq” (Almaniya)

“Latsio” (İtaliya)

 

II səbət

PSV (Hollandiya)

“Krasnodar” (Rusiya)

“Seltik” (Şotlandiya)

“Kopenhagen” (Danimarka)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

“Borussiya” (Münhenqladbax, Almaniya)

“Astana” (Qazaxıstan)

“Yanq Boyz” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan)

APOEL (Kipr)

“Ayntraxt” (Almaniya)

 
III səbət

“Sent-Etyenn” (Fransa)

“Qarabağ” (Azərbaycan)

“Feyenoord” (Hollandiya)

“Xetafe” (İspaniya)

“Espanyol” (İspaniya)

"Malmö" (İsveç)

“Partizan” (Serbiya)

“Standard” (Belçika)

“Vulverhempton” (İngiltərə)

“Renn” (Fransa)

“Rusenborq” (Norveç)

“Başakşəhər” (Türkiyə)

 

IV səbət

“Alkmaar” (Hollandiya)

“Aleksandriya” (Ukrayna), 

“Düdelanj” (Lüksemburq) 

LASK (Avstriya)

“Volfsberq” (Avstriya)

“Luqano” (İsveçrə)

“Ferentsvaroş” (Macarıstan)

“Trabzonspor” (Türkiyə)

“Slovan” (Slovakiya)

ÇFR (Rumıniya)

“Vitoriya” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)