Avropa Liqası: "Qəbələ"nin rəqibi məlum olur
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin Liqa Yolu üçün püşkatma mərasimi keçiriləcək.
Sportline.az xəbər verir ki, Nyonda atılacaq püşk "Qəbələ"nin də ilk rəqibini müəyyənləşdirəcək. Səpələnmişlər sırasında yer alan komandamızın potensial rəqibləri bunlardır:
"Lexia" (Qdansk, Polşa)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "La Florita" (San Marino) / "Endorqani" (Andorra) cütünün qalibi
"Olimpiya" (Lyublyana, Sloveniya) / "Riqa" (Latviya) cütünün qalibi
"Breydablik" (İslandiya) / "Vaduts" (Lixtenşteyn) cütünün qalibi
"Radniçki Niş" (Serbiya) / "Flora" (Tallin, Estoniya) cütünün qalibi
Bu komandalardan "Lexia"ya rəqib olacağı təqdirdə, "Qəbələ" 2019-2020 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi stadionda meydana çıxacaq.
Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Neftçi" və "Səbail" isə mərhələ adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. "Neftçi" Moldova "Sperantsa"sını üstələsə, potensial rəqibləri aşağıdakılar olacaq:
"Dinamo" (Minsk, Belarus) / "Liepaya" (Latviya)
"Espanyol" (İspaniya)
"Laçi" (Albaniya) / "Hapoel" (Beer-Şeva, İsrail)
"Atromitos" (Yunanıstan)
"Arsenal" (Tula, Rusiya)
"Səbail" Universitatya" (Krayova, Rumıniya) səddini keçəcəyi təqdirdə isə
"Aris" (Saloniki, Yunanıstan)
"Esbyerg" (Danimarka)
"Vitoriya (Portuqaliya)
"Vulverhempton" (İngiltərə)
"Honved" (Budapeşt, Macarıstan) / "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi
"Partizan" (Serbiya)
ilə qarşılaşacaq. İlk oyunlar iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.