Avropa Liqası: "Çelsi", "Arsenal", "Ayntraxt" və "Valensiya" yarımfinalda

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşib. 

Sportline.az xəbər verir ki, gecənin daha böyük maraq doğuran cavab matçında "Napoli" "Arsenal"la qarşılaşıb. Londondan 0-2 hesablı məğlubiyyətlə dönən neapollular bu dəfə də məğlub olublar. 

Praqada "Slaviya"nı 1 cavabsız qolla üstələyən "Çelsi" doğma arenada da üstünlüyü qoruyub. 

İlk oyunda "Benfika"ya 2-4 hesabı ilə uduzan "Ayntraxt" Frankfurtda 2:0 hesablı qələbə ilə mərhələ adlayıb. 

Gecənin İspaniya duelində isə, "Valensiya" "Vilyarreal" üzərindəki 3:1 hesablı qələbənin təsadüfi olmadığını sübut edib. 

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:1
Qol:
Aleksander Lyakazett, 36.
İlk oyun - 0:2 

Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya) 2:0
Qollar:
Antonio Latorre, 17 (1:0), Daniel Parexo, 54 (2:0).
İlk oyun - 3:1 

“Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) 2:0
Qol:
Filip Kostiç, 37 (1:0), Sebastyan Rode, 67 (2:0).
İlk oyun - 2:4 

“Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) 4:3
Qollar:
Pedro, 5 (1:0), Simon Deli, 10 (2:0), Olivie Jiru, 17 (3:0), Tomaş Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Şevçik, 51 (4:2), 55 (4:3).
İlk oyun - 1:0