Avropa Liqasında 1/4 finalın ilk oyunları üçün hakimlər

Avroliqanın 1/4 final mərhələsinin ilk oyunlarının hakimləri məlum olub.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal" - "Napoli" görüşü ispaniyalı Alberto Undiano Malenkoya həvalə olunub.

"Vilyareal" - "Valensiya" matçını ingiltərəli Maykl Oliver idarə edəcək.

Digər ingiltərəli Entoni Teylor, "Benfika" - "Ayntraxt" qarşılaşmasında söz sahibi olacaq.

"Slaviya" - "Çelsi" oyununda isə ədaləti almaniyalı Feliks Svayer qoruyacaq.

Qeyd edək ki, ilk görüşlər aprelin 11-də keçiriləcək.